11-ci sinif şagirdinin stadionda ölümünə səbəb olan “zavuç”

Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il mayın 13-də dərsə gecikən şagirdləri cəzalandırmaq üçün stadionun ətrafında qaçmağa məcbur edib.

 

Bir neçə dövrə vurduqdan sonra şagirdlərdən biri, Azad İlyasov təngnəfəs olaraq yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, A.İlyasov ürək çatışmazlığından dünyasını dəyişib.

 

Azad İlyasov 19 oktyabr 2011-ci il tarixindən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

 

Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qəfər Hacıyevin Azad İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.

 

Hökmdən bir müddət əvvəl Baş Prokurorluq protest versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib.

 

Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

 

Bu dəfə protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə araşdırılıb. Qərara görə, Sumqayıt Şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Qəfər Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb.

 

Yeni hökmə əsasən, Qəfər hacıyev Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib. O, 1 il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Tarix: 20 Oktyabr 14:48    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.