AFFA-nın baş katibini Qurban Qurbanovun fikri maraqlandırır

“Hələlik planda yoldaşlıq oyunu yoxdu. Qarşıda “Qarabağ”ın ÇL-də görüşləri var. Noyabrın 22-də “Çelsi”ni qəbul edəcək".

 

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu. Federasiya rəsmisinin bildirdiyinə görə, yaxın vaxtlarda millinin yoldaşlıq oyunu planlaşdırılmır.

 

Çünki hazırkı anda “Qarabağ”ın Çempionlar Liqasındakı matçları daha vacibdi: "Bunu nəzərə almaq lazımdı. Çünki milli üzvlərinin 60 faizi Ağdam klubunun futbolçularıdı. Bu məsələ ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da fikrini öyrənmək istərdik.

 

İndiki anda ÇL-in qrup mərhələsi bizim üçün daha vacibdir. İlk növbədə millinin baş məşqçisi ilə razılaşmalıyıq. Ondan sonra planlar barədə danışmaq olar.

 

Onsuz da gələn ilin yanvarında da vaxtımız olacaq. Martda da bir həftəlik fasilə gözlənilir. Həmçinin yayda imkan düşəcək. Yəni, hazırlıq matçları keçirmək üçün kifayət qədər vaxtımız olacaq”.

Tarix: 20 Oktyabr 14:00    Oxunub: 383    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.