“Atletiko” ilə 0:0 göstərdi ki, "Qarabağ" "asan yem” olmayacaq"

“Maksim Qonalon “Çelsi” ilə oyunda yaxşı çıxış etdi. Fikrimcə, özünü yavaş-yavaş göstərə bilir”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Roma”nın futbolçusu Maksim Qonalonun meneceri Frederik Querra deyib. 


O, futbolçunun “Qarabağ”la 27 sentyabrda Bakıda keçirilən matçda zəif təsir bağışlaması ilə razılaşmadığını bildirib. Agent Ağdam klubunun heç də zəif komanda olmadığını sözlərinə əlavə edib:

 

“Qarabağ” la oyundan sonra Maksimə sakit olmasını bildirdim. Çünki bu komanda zəif deyildi. Azərbaycan klubunun “Atletiko” ilə 0:0-lıq nəticəsi göstərdi ki, onlar “asan yem” olmayacaqlar. Həmin oyundakı çıxışına görə özünü pis hiss etməməlidi”.

Tarix: 20 Oktyabr 13:12    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.