"Atletiko"lu ulduz: "Qarabağ"? Bu komanda meydanda yaxşı işlər gördü"

"Əvvəlcədən də bilirdik ki, "Qarabağ"a qalib gəlməsək, vəziyyətimiz pis olacaq. Bundan sonrakı hər 3 oyunu qazanmalıyıq".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Atletiko"nun hücumçusu Saul Niqes deyib. O, Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la matçdakı qolsuz heç-heçədən danışıb.

 

Niqes onları daha çətin mərhələlər gözlədiyini bildirib: "Qarabağ"? Bu komanda meydanda yaxşı işlər gördü. Amma biz də şanslarımızı boşa verdik.

 

Bundan sonra itirmək şansımız yoxdu. Başqa variantımız mövcud deyil. Soyunma otağında olanları danışmaq olmaz. Ən böyük problemimiz bilmirəm ki, nədədir".

 

İspaniyalı oyunçu matçın 73-cü dəqiqəsində Dino Ndlovuya göstərilən qırmızı vərəqədən də danışıb: "Qırmızı vərəqə haqqında heç nə deyə bilməyəcəm. Amma o müddətdə fərqlənməli idik.

 

Lakin bəzən qələbə qazanmaq istəyi komandaya mane olur. Çünki təzyiq yanlışlara yol açır. İlk yarının sonlarında daha yaxşı oynadıq. Böyük komandamız var. Səhvlərimizi düzəltməyə çalışacağıq".

Tarix: 20 Oktyabr 12:36    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.