İspaniya nəşri "Qarabağ"ı erməni klubu adlandırdı

İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" kobud səhv buraxıb. Sportinfo.az xəbər verir ki, ispan KİV-i "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi  "Qarabağ"ı "erməni klubu" adlandırıb.

 

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü.

 

Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazıb.

 

"Qarabağ"-“Atletiko” matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.

Tarix: 20 Oktyabr 11:48    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.