Ahərbaycanlı hakim erməni futbolçu ilə üz-üzə gəldi - VİDEO

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində növbəti oyunu idarə edib. Sportinfo.az xəbər verir ki, 30 yaşlı baş hakim Makedoniyanın paytaxtı Skopyedə "Vardar"la "Real Sosyedad" arasındakı L qrupunun III tur matçında fit çalıb.


Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi, Mübariz Haşımov isə dördüncü hakim qismində yardımçı olub.


Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qollardan 4-nü Villian Xose vurub. Ağayev cəmi bir dəfə sarı vərəqəyə əl atıb. O, "Vardar"ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı 61-ci dəqiqədə kobud oyuna görə cəzalandırıb.


Bu görüşdə meydan sahiblərinin heyətində "Xəzər Lənkəran"ın sabiq legionerləri Nikola Qliqorov və Deyan Blajevski də çıxış edib. Qliqorov sonadək meydanda olduğu halda, Blajevski 46-cı dəqiqədə oyuna daxl olub.

 

Tarix: 20 Oktyabr 11:00    Oxunub: 191    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.