Bax, “İnter”in adı dəyişdi - FOTO

“İnter” bu gün sonuncu oyununa çıxacaq. Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda “Səbail”lə qarşılaşacaq komanda növbəti matçları artıq “Keşlə” adı altında oynayacaq. 

 

Paytaxt klubunun avtobusunun üzərində uzun müddətdir ki, “Keşlə”nin loqosu və adı həkk olunsa da , stadionda “İnter” adı və loqosu mövcud idi. Artıq “İnter Arena”da da dəyişikliklər edilib. 

 

Artıq “bankirlər”in rəsmi “İnstagram” səhifəsində və stadionunda da “Keşlə” sözünə rast gəlmək mümkündü.

 

Belə ki, komandanın sosial şəbəkədəki hesabı “Keshlafc”-ya dəyişdirilib. Ümumiyyətlə, stadionda da bütün "İnter" sözləri "Keşlə" ilə əvəz edilib.

Tarix: 20 Oktyabr 10:48    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.