Vüqar “Sumqayıt”a qayıtdı, Abasov 3 gənci düşərgəyə qatdı

Premyer Liqanın 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, Samir Abasovun komandası bu gün doğma meydanda növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.

 

Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.

 

“Sumqayıt” – “Zirə” qarşılaşması oktyabrın 21-də keçiriləcək və saat 17:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 20 Oktyabr 00:00    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.