İbrahim Şehiç: "Sübut etdik ki, qrup mərhələsinə layiqik"

"Biz ilk iki oyunla müqayisədə daha hazırlıqlı idik. Sübut etdik ki, qrup mərhələsinə layiqik. Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi".

 

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya təmsilçisi "Atletiko" ilə Bakıda qolsuz heç-heçədən sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.

 

Bosniya və Herseqovinalı qolkiper çətin oyun olduğunu, əldə edilən bir xala görə sevindiyini ifadə edib: "Bir neçə qol şansımız da oldu. Ancaq yararlana bilmədik. Əsas odu ki, xal qazandıq. Buna sevinirik".

Tarix: 19 Oktyabr 20:36    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.