"Qarabağ" - "Atletiko" qarşılaşması "TOP-5"ə düşmədi

“Qarabağ”ın evdə “Atletiko” ilə oyununu stadiondan izləyən azarkeşlərin sayı bəlli olub. Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçı 47 923 azarkeş izləyib.
 
Bu, “Roma” ilə ötən tur keçirilən görüşdən 20 000 nəfər az deməkdi. “Canavarlar”la Bakıdakı matç II turun ən çox azarkeş toplayan oyunu idisə dünənki qarşılaşma ilk 5-liyə düşə bilməyib. Madridlilərlə oyun ən çox tamaşaçı toplayan 6-cı görüş olub. İlk yerləri isə bu matçlar tutub:
 
1. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1
(76589)
2. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0
(70000)
3. “Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
(57684)
4. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1
(55026)
5. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1
(48520) 
 
Maraq üçün bildirək ki, turun ən az azarkeş toplayan görüşü “Monako” – “Beşiktaş” (1:2) görüşü olub. “Stad de Luis ll”-də keçirilən görüşü cəmi 7403 azarkeş izləyib.

Tarix: 19 Oktyabr 18:48    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.