Avropada ən çox simpatizan toplayan komanda - "Qarabağ"

"Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib.

 

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə bu oyun 6-cı yerdə qərarlaşıb.
İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda "Çelsi" ilə İtaliya "Roma"sı arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Birinci yeri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"lə İngiltərə "Tottenhem"inin 1:1 hesablı heç-heçə etdiyi matç tutub. Oyuna 76589 nəfər baxıb.
Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" 70000 tamaşaçı ilə ikinci olub. Həmin stadionda "Bavariya" Şotlandiya "Seltik"inə 3:0 hesabı ilə qalib gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj"da "Benfika" ilə İngiltərə "Mançester Yunayted"inin üz-üzə gəldiyi matça 57684 nəfər baxıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
55026 tamaşaçı "Kamp Nou"da İspaniya "Barselona"sının Yunanıstan "Olimpiakos"una 3:1 hesabı ilə qalib gəldiyi görüşü, 48520 nəfər İngiltərədə "Mançester Siti"nin İtaliya "Napoli"sini 2:1 hesabı ilə yendiyi matçı izləyib.
Ən az tamaşaçı isə Fransa "Monako"sunun Türkiyə "Beşiktaş"ına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib - 7403 nəfər.
Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı turun qolsuz yekunlaşan yeganə qarşılaşması olub. 

Tarix: 19 Oktyabr 18:12    Oxunub: 438    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.