Rəşad Sadıqov Çempionlar Liqasının rəmzi heyətində - FOTO

ESPN idman kanalının rəsmi saytı Çempionlar Liqasında III turun rəmzi komandasını müəyyənləşdirib.

 

Sportinfo.az xəbər verir ki, heyətdə “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb. “Atletiko” ilə heç-heçə (0:0) başa açtan matçda müdafiədə etibarlı oyunu ilə seçilən kapitanla bağlı bunlar qeyd edilib:

 

“Azərbaycan klubu Çempionlar Liqasının qrupunda ilk xalını “Atletiko” ilə ev matçında qazandı. Qonaq komandanın bir neçə imkanı oldu, ancaq “Qarabağ” müdafiəçiləri rəqiblə başabaş mübarizə apardılar.

 

Komanda müdafiədəki bu cür oyunu kapitan Rəşad Sadıqovun performansına borclu idi. Milli komandada 111 oyunda forma geyinən Sadıqov qrupda xal qazanacaqlarına inanmırdı, amma komanda oyunu şəklində bunu bacardılar. Sadıqov bunu haqq edir”.

 

Həftənin rəmzi “11-liy”ində bu futbolçular yer alıb: Lloris – Aleksander-Arnold, Stounz, Sadıqov, Kolarov – Vinks, Luis, Pyaniç – Messi, Promes, Ceko

Tarix: 19 Oktyabr 17:36    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.