Millimizi kim çalışdıracaq? Baş katibdən mühüm açıqlama

“Robert Prosineçki ilə bu ayın sonuna qədər görüş olacaq. Onun hazırda qüvvədə olan müqaviləsi mövcuddur. Axşam Bakıya qayıtmalıdır. Bugünlərdə görüşəcəyik”.

 

Sportinfo.az xəbər verir ki, bunu “report”a AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Millinin baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran baş katib bildirib ki, xorvatiyalı mütəxssislə bağlı yekun qərar onunla görüşdən sonra veriləcək.

 

E.Məmmədov 10 gün ərzində R.Prosineçki ilə görüşəcəklərini söyləyib: “Öncədən qərara alınıb ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsi başa çatandan sonra bir araya gəlib gələcək əməkdaşlıq məsələsini müzakirə edək.

 

Prosineçki hazırda Bakıda deyil və ona görə də hər hansı müzakirəmiz olmayıb. Baş məşqçi qayıdan kimi müzakirə aparacağıq və dərhal ictimaiyyətə məlumat verəcəyik. Bu, növbəti 10 gün ərzində olacaq”.

 

AFFA-nın baş katibi Elxan Məmmədov Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatacaq.

 

Onun vətənində verdiyi müsahibədə Azərbaycan yığmasında işini davam etdirmək istəməməsi və klubda çalışmaq niyyətində olduğuna dair səsləndirdiyi fikirlərə də münasibət bildirən baş katib deyib:

 

"Prosineçki bizə açıq formada heç nə deməyib. Son müsahibəsində söylədiklərini araşdırdıq. O, belə demədiyini bildirdi. Əslində, sərbəst insandır, öz fikrini ifadə edə bilər. Hələlik müqaviləsinin müddəti başa çatmayıb. Bu məsələyə çox peşəkar yanaşırıq. Bu cür işlərdə təcrübəmiz var. Müqavilə bitməyənə qədər necə davranmalı olduğumuzu bilirik”.

Tarix: 19 Oktyabr 15:12    Oxunub: 483    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.