Qurban Qurbanovun drujinası "Milan"dan 1 pillə geri qalır

Çempionlar Liqasının dünənki oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda keçirilən 16 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.

 

İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə edən "Qarabağ" aktivinə daha 1 xal artırıb. Xalını 19,500-ə çatdıran Ağdam təmsilçisi 4 pillə irəliləyib.

 

Hazırda Avropada 66-cı olan "Qarabağ" “Feyenoord”la eyni yeri bölüşdürür, "Milan"dan bir pillə geri qalır.

 

Siyahıya İspaniya “Real”ı başçılıq edir. Reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Tarix: 19 Oktyabr 15:00    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.