"Qarabağ" hər şeyi çox yaxşı etdi" - Saul Nyiqes etiraf etdi

“Bakıda qalib gələ bilməyəcəyimiz təqdirdə, işimizi çətinə salacağımızı bilirdik. İndi qrupdan çıxmaq üçün qalan 3 oyunumuzda qələbə qazanmalıyıq”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Atletiko”nun futbolçusu Saul Nyiqes Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”la qolsuz heç-heçəni şərh edərkən deyib.


22 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın yaxşı təsir bağışladığını bildirib. O, "Atletiko"nun matçın əvvəllərində ələ düşən fürsətlərdən yararlana bilmədiyini vurğualayıb: “Rəqib hər şeyi çox yaxşı etdi. Biz isə şanslarımızdan yararlana bilmədik.

 

İlk dəqiqələrdə qol imkanlarımız oldu. Bundan sonra sadəcə oynamayacağıq, ürəklə çalışacağıq. Vəziyyətimiz çətinləşib. Amma bilirik ki, irəli getməyi bacararıq. Qol vurmaqla bağlı problemimiz varmı? Rəqibin qapısı önündə sakit və təmkinli olmalıyıq. Bu, bizdə yoxdu”.


Saul deyib ki, “Atletiko” Bakıda komanda şəklində lazımı səviyyədə çıxış etməyib. O, ilk dəqiqələrdə çox tələsik oynadıqlarını söyləyib: “Oyuna çox istəklə başladıq və ilk yarının sonlarında təzyiqi daha artırmışdıq.

 

Böyük bir komandamız var. Digər 3 matçda qələbə qazanmaq öz əlimizdədir. Bunun üçün çalışacağıq. Məsələ bir oyunçuda deyil. Bəli, Qrizmann vəziyyəti istənilən an dəyişə biləcək səviyyədədir. Lakin ümumilkdə komanda lazımi səviyyədə deyildi”.

Tarix: 19 Oktyabr 13:12    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.