Dmitri Nazarovun komandası səfərdə “Qroyter”ə uduzdu

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub.

 

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. “Ersgebirge” geridə qalan 10 turda 13 xal toplayıb və 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Tarix: 19 Oktyabr 13:00    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.