VİDEO: Daha bir futbolçu ölümü

İndoneziyalı qapıçı Çoyrol Xuda oyun zamanı komanda yoldaşı Ramon Rodriqeslə toqquşma nəticəsində dünyasını dəyişib.

 

Sportinfo.az xəbər verir ki, “Persela” klubunda çıxış edən qolkiper ölkə çempionatı çərçivəsində “Semen Padanq”la qarşılaşmanın birinci hissəsinin sonlarında rəqib komandanın təhlükəli hücumçunu dəf etməyə çalışarkən çiyin-çiyinə çıxış etdiyi Rodriqeslə toqquşub.

 

Hadisənə dərhal sonra qapıçı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun baş və boyun nahiyəsindən aldığı ciddi xəsarət səbəbindən öldüyü bildirilib.

 

38 yaşlı qapıçı ilk yarının sonlarında əvəzləndiyi üçün oyun davam etdirilib. Qarşılaşma isə “Persela”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Tarix: 19 Oktyabr 12:48    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.