İlham Əliyevin köməkçisi “Qarabağ”ın oyunu haqda rəy verdi

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ötən gün “Qarabağ” ilə  “Atletiko” arasında keçirilən görüşlə bağlı fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədəki hesabında “Qarabağ” klubunun sıxışdırıldığını bildirib.

 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar.

 

Rəqib komandaya penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”, – deyə N.Məmmədov yazıb.

Tarix: 19 Oktyabr 11:48    Oxunub: 264    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.