“Marca”: "Fransalı hakim Bakıda matçın taleyini dəyişdi"

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” “Atletiko” ilə qarşılaşdı. 0:0 hesabı ilə başa çatan matçın ən mübahisəli epizodlarından biri 75-ci dəqiqədə yaşandı.

 

Belə ki, “Qarabağ”ın hücumu zamanı madridlilərin müdafiəçisi Dieqo Qodin cərimə meydançasında Dino Ndlovuya qarşı kobud oynasa da, hakim penalti təyin etmək əvəzinə, simulyasiyaya görə ağdamlıların hücumçusuna sarı vərəqə göstərdi.

 

Bu, Dinonun ikinci “sarı”sı olduğu üçün hücumçu matçı yarımçıq tərk etdi. Sportinfo.az xəbər verir ki, hadisəyə İspaniya mətbuatı da biganə qalmayıb. “Marca” nəşrində bununla bağlı xəbər yer alıb (apasport).
 
Nüfuzlu idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver epizodun penalti olduğunu deyib:

 

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.

Tarix: 19 Oktyabr 10:00    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.