"Qarabağ"ın rəqibləri heç-heçə etdi, “Barsa” qazandı - ÇL GECƏSİ

Çempionlar Liqasında 3-cü tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qrupda (A, B, C, D) komandalar növbəti oyunlarına çıxıblar.

 

Günə Bakıda start verilib. Turun saat baxımından daha tez başlayan yeganə oyununda Azərbaycan çempionu “Qarabağ” “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirib.

 

Qarşılaşmada qapılara qol vurulmayıb və komandamız tarixi nəticəyə imza atıb. Qrupun digər matçında isə “Çelsi” “Roma”nı qəbul edib. Bakıdakından fərqli, Londondakı oyunda əsl “qol yağışı” qeydə alınıb. Tərəflər hərəyə 3 qol vurublar.

 

A qrupunun lideri “Mançester Yunayted” Portuqaliyada “Benfika”nın qonağı olub və səfərdən qalib qayıdıb. Qrupun digər oyununda ikinci yerin şərikləri ÇSKA və “Bazel” görüşüb. Bu oyunda da qonaqlar sevinən tərəf olublar.

 

Məhsuldar oyunu ilə diqqət çəkən PSJ bu dəfə Belçikada “Anderlext”lə qarşılaşıb. Parislilər bu oyunda da 4 cavabsız qolla qalib gəliblər. “Bavariya” isə Yupp Haynkesin dönüşündən sonra ilk avrokubok sınağına çıxıb. Münhenlilər evdə “Seltik”lə üz-üzə gəlib və darmadağına sevinib.

 

D qrupunun favoriti “Barselona” qrupun autsayderi “Olimpiakos”u qəbul edib. Kataloniya təmsilçisi inamlı qələbə ilə mövqeyini möhkəmləndirib. 2-ci pillədə qərarlaşan “Sportinq”i sınağa çəkən “Yuventus” isə çətinliklə qələbə qazanıb.

 

Benfika (Portuqaliya) - Mançester Yunayted (İngiltərə) 0:1

Qol
: Reşford, 64.

Cəzalı: Andre Almeyda (Benfika)
Zədəli: Roxo, Poqba, Kerrik, Fellaini, İbrahimoviç (hamısı “Mançester Yunayted”), Baili (şübhəli, “Mançester Yunayted”),
Baş hakim: Feliks Zvayer (Almaniya) 
Yer: Lissabon. “Benfika” stadionu

 

ÇSKA (Rusiya) - Bazel (İsveçrə) 0:2

Qol
: Caka, 29. Oberlin, 90.

Cəzalı: Yoxdu
Zədəli: Alan Dzaqoyev (ÇSKA), Vailati, Volfsvinkel (Bazel)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yer: Moskva. ÇSKA stadionu

 

B qrupu

Bavariya (Almaniya) - Seltik (Şotlandiya) 3:0

Qol
: Müller, 17. Kimmix, 29. Hummels, 51.

Cəzalı: Yoxdu
Zədəli: Riberi (Bavariya), Martines, Bernat (şübhəli, hamısı “Bavariya”), Ralston, Şimunoviç (hamısı “Seltik”)
Baş hakim: Sergey Karasyev (Rusiya)
Yer: Münhen. “Alyans Arena”

 

Anderlext (Belçika) - PSJ (Fransa) 0:4

Qol
: Mbappe, 3. Kavani, 44. Neymar, 66. Di Mariya, 88.

Cəzalı: Yoxdu
Zədəli: Tyaqo Silva, Kurzava, Verratti, Motta, Kavani (şübhəli, hamısı PSJ), Spajiç, Najar (hamısı “Anderlext”), Emmanuel Sova (şübhəli, “Anderlext”) 
Baş hakim: Pavel Kralovets (Çexiya)
Yer: Brüssel: “Konstant Vanden Stok” stadionu

 

C qrupu

Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) 0:0

Cəzalı: Yoxdu
Zədəli: Rəşad Sadıqov, Miçel, Dino Ndlovu, Ağabala Ramazanov (şübhəli, hamısı “Qarabağ”), Koke, Qrizmann (şübhəli, hamısı “Atletiko”) 
Baş hakim: Ruddi Buke (Fransa)
Yer: Bakı. Olimpiya stadionu

 

Çelsi (İngiltərə) - Roma (İtaliya) 3:3

Qol
: D.Luis, 11. Azar, 37; 75 - Kolarov, 40. Dzeko, 64; 70.

Cəzalı: Yoxdu
Zədəli: Drikouter, Kante, Mozes (hamısı “Çelsi”), Morata (şübhəli, “Çelsi”), Manolas, Şik, Defrel (Roma) 
Baş hakim: Damir Skomina (Sloveniya)
Yer: London. “Stemford Bric” stadionu

 

D qrupu

Barselona (İspaniya) - Olimpiakos (Yunanıstan) 3:1

Qol: Nikolau, 18-öz qapısına. Messi, 61. Din, 64 - Nikolau, 90.

Cəzalı: Yoxdu
Zədəli: Xordi Alba, Arda Turan, Rafinya, Osman Dembele (hamısı “Barselona”), Emenike, Nabohane (hamısı “Olimpiakos”) 
Baş hakim: Vilyam Kollum (Şotlandiya)
Yer: Barselona. “Nou Kamp” stadionu

 

Yuventus (İtaliya) - Sportinq (Portuqaliya) 2:1

Qol
: Pyaniç, 29. Mandzukiç, 84. - Sandro, 12-öz qapısına.

Cəzalı: Yoxdu
Zədəli: De Şilyo, Hövedes (hamısı “Yuventus”), Markizio (şübhəli, “Yuventus”), Dumbia (Sportinq) 
Baş hakim: Maykl Oliver (İngiltərə)
Yer: Turin. “Yuventus” stadionu

Tarix: 19 Oktyabr 00:53    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.