Prosineçkinin şərtləri Türkiyə klubunun gözünü qorxutdu

”Trabzonspor”un yeni baş məşqçisi bəlli olub. Sportinfo.az xəbər verir ki, Bundan sonra sözügedən klubu Rza Çalımbay çalışdıracaq. 


Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Trabzon klubunun rəhbərliyi sözügedən mütəxəsisslə İstanbulda danışıqlar apardıqdan sonra prinsipial razılıq əldə olunub.

 

Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.


“Trabzonspor”u ötən mövsümün əvvəlindən Ersun Yanal çalışdırırdı. O, son turda doğma meydanda “Akhisar”a 1:6 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi.


Çalımbay bu mövsümə “Antalyaspor”da başlamış, amma 5 turda 3 heç-heçə, 2 məğlubiyyətin ardından istefaya göndərilmişdi.


Beləcə, Robert Prosineçkiyə daha bir ağır zərbə ədydi. Axı AFFA ilə müqaviləsi dekabrın 6-da başa çatacaq mütəxəssis Azərbaycandan ayrılmaq istəyirdi. Hətta "Fanatik" iddia edirdi ki, qaradənizlilər xorvatiyalı ilə illik 1,5 milyon avroya anlaşıb. 


Ən son xəbərə görə, trabzonlular Prosineçkinin şərtlərindən çəkinib. Belə ki, o, qışda komandada kbklü dəyişiklər etmək, 14 legionerdən 6-7 qnəfəri göndərmək istədiyini bildirib.

 

Üstəlik, yönətimin işinə qarışmayacağı və yerli medianın ona basqı təşkil etməyəcəyinə dair prezident Muharrem Ustadan təminat umub.

Tarix: 18 Oktyabr 10:12    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.