“Beşiktaş” 3-cü qələbəsini "Monako" üzərində qazandı - ÇL

Çempionlar Liqasının E, F, G və H qruplarında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri F qrupunda keçirilib.

 

Lider “Mançester Siti” qrupun favoritlərindən “Napoli”ni qəbul edib. Üç qolun vurulduğu bu oyunda meydan sahibləri qələbə qazanıblar. Bu qələbə “şəhərlilər”i 1/8 finala bir xeyli yaxınlaşdırıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u səfərdə "Feyenord"a qalib gəlib.

 

G qrupunda isə qrupda keçirdiyi hər iki oyunu qələbəylə başa vuran “Beşiktaş” son Fransa çempionu “Monako”nun qonağı olub. Şenol Günəşin yetirmələri “II Lui” stadionunda keçirilən matçdan ən azı heç-heçə ilə ayrılaraq liderliyini qoruyub saxlamağı planlaşdırırdı.

 

“Knyazlıq klubu” isə doğma azarkeşləri önündə keçirilən matçda qələbə qazanmaqla, ötən turda “Portu”ya böyük hesablı ev məğlubiyyətini (0:3) unutdurmaq istəyirdi. Amma üç qolun vurulduğu matç Türkiyə çempionunun qələbəsiylə başa çatıb. Qrupun digər matçında isə "Leypsiq" "Porto"nu məğlub yola salıb.

 

Günün ən maraqlı oyunlarından biri Madriddə keçirilib. İlk iki turu qələbəylə başa vurmuş “Real” və “Tottenhem” “Santyaqo Bernabeu” stadionunda münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda qalib müəyyənləşməyib.

 

Elə qrupun digər oyunu - APOEL - "Borussiya" görüşü də heç-heçə bitib. E qrupunda "Liverpul" səfərdə "Maribor"u "qol yağışına" tutub. Moskva "Spartak"ı da "Sevilya"nı böyük hesabla məğlub edib.

Maribor (Sloveniya) - Liverpul (İngiltərə) 0:7

Qol
: Firmino, 4; 54. Koutinyo, 13. Salah, 19; 40. A.O.Çemberleyn, 86. T.A.Arnold, 90.

Cəzalı: Yoxdu
Zədəli: Şme (Maribor), Lallana, Mane (hər ikisi “Liverpul”), Şuler (şübhəli, “Maribor”), Boqdan, Klayn (şübhəli, “Liverpul”)
Baş hakim: Viktor Kassai (Macarıstan)
Yer: Maribor. “Lyudski vrt” stadionu

Spartak (Rusiya) - Sevilya (İspaniya) 5:1

Qol
: Promes, 18; 90. Melqarejo, 58. Qluşakov, 67. Adriano, 74 - Kyaer, 30.

Cəzalı: Yoxdu
Zədəli: Ze Luiş, Rebrov, Zobnin, Tiqiyev (hamısı “Spartak”), Karrisu, N Zonzi, Parexa (hamısı “Sevilya”), Timofeyev (şübhəli, “Spartak”) 
Baş hakim: Canluka Rokki (İtaliya)
Yer: Moskva. “Otkritie Arena”

F qrupu

Mançester Siti (İngiltərə) - Napoli (İtaliya) 2:1

Qol
: Sterlinq, 9. Q.Jesus, 13 - Diavara, 73-pen.

Cəzalı: Yoxdu
Zədəli: Mendi (Mançester Siti), Milik (Napoli), Kompani (şübhhəli, “Mançester Siti”)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Yer: Mançester. “Siti of Mançester” stadionu

Feyenoord (Hollandiya) - Şaxtyor (Ukrayna) 1:2

Qol
: Berqeys, 8 - Bernard, 24; 54.

Cəzalı: Yoxdu
Zədəli: Botteqin, Van Der Heyden (hamısı “Feyenoord”), Krivtsov, Malışev, Srna (hamısı “Şaxtyor”), Vermeer (şübhəli, “Feyenoord”) 
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Yer: Rotterdam. “Feyenoord” stadionu

G qrupu

Monako (Fransa) - Beşiktaş (Türkiyə) 1:2

Qol
: Falkao, 30 - C.Tosun, 34; 55.

Cəzalı: Yoxdu
Zədəli: Badiaşil, Yovetiç (hamısı “Monako”), Nukan Atınç, Gökhan Törə, Orkan Çınar (şübhəli, hamısı “Beşiktaş”)
Baş hakim: Milorad Majiç (Serbiya)
Yer: Monako. “II Lui” stadionu

Leyptsiq (Almaniya) - Portu (Portuqaliya) 3:2

Qol: Orban, 8. Forsberq, 38. Auqustin, 41 - Abubakar, 18. Markano, 44.

Cəzalı: Yoxdu
Zədəli: Koltorti (Leyptsiq), Soares (Portu)
Baş hakim: Paolo Taqliavento (İtaliya)
Yer: Leyptsiq. “RB Arena”

H qrupu

APOEL (Kipr) - Borussiya D (Almaniya) 1:1

Qol
: Pote, 62 - Papastatopulos, 67.

Cəzalı: Yoxdu
Zədəli: Jivko Milanov, Corc Efrem (hamısı APOEL), Karlao, Roberto Laqo, Roland Sallai, Fakundo Bertolio, Vinisius (şübhəli, hamısı APOEL), Lukaş Pitsçek, Marsel Şmeltser, Erik Durm, Rafael Qerrero, Sebastian Rode, Andre Şürrle (hamısı “Borussiya”)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Yer: Nikosiya. GSP stadionu

Real (İspaniya) - Tottenhem (İngiltərə) 1:1

Qol
: Ronaldo, 43-pen - Varane, 28-öz qapısına.

Cəzalı: Dele Alli (Tottenhem)
Zədəli: Dani Karvaxal, Mateo Kovaçiç, Qaret Beyl (hamısı “Real”), Viktor Vanyama, Musa Dembele (Tottenhem), N Kodu, Denni Rouz, Ben Deyvis (şübhəli, hamısı “Tottenhem”), 
Baş hakim: Şimon Marçinyak (Polşa)
Yer: Madrid. “Santyaqo Bernabeu” stadionu

Bombardirlər: Harri Keyn (Tottenhem) - 5. Ronaldo (Real) - 5. Ben Yedder (Sevilya) - 4. 

Tarix: 18 Oktyabr 00:53    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.