İstefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəbdi

“Lester” baş məşqçisi Kreyq Şekspirlə yollarını ayırıb. Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Məlumatda o da qeyd olunur ki, yeni baş məşqçi təyinatına qədər komandanı Maykl Epplton çalışdıracaq.

 

Ona əsas komandanın məşqçiləri Mayk Stouell və Adam Sedler kömək edəcəklər. Növbəti turda keçiriləcək “Suonsi” ilə oyuna da komandanı məhz sözügedən mütəxəssislər çıxaracaqlar.

 

Şekspirin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. O, bu ilin mart ayından “Lester”i çalışdırırdı. Sözügedən klub 8 turdan sonra 6 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Tarix: 18 Oktyabr 00:40    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.