"Qarabağ"la matçda uğurun açarı xırda detallardadı"

"Bilirik ki, "Qarabağ"la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və çoxlu qələbə qazanmalıyıq".

 

Sportinfo.az xəbər verir ki, bunu "Atletiko"Nun futbolçusu Tomas Partey klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalı və Çempionlar Liqasının III tur matçında hər şeyi düzgün etməliyik:

 

"Uğurun açarı xırda detallardadI. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik".

 

Özünü yaxşı hiss edən 24 yaşlı oyunçu rəqabətə hazır olduğunu və daha çox şans qazanmağa çalışacağını vurğulayıb.

 

Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.  

Tarix: 17 Oktyabr 09:24    Oxunub: 61    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.