“Qarabağ”ın rəqibinə Moratadan xəbər: məşqlərə başladı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin bir müddətdi zədədən əziyyət çəkən hücumçusu Alvaro Morata məşqlərə başlayıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi “tvitter” hesabı yayıb. Xəbərdə Moratanın komanda ilə məşqlərə başladığı qeyd edilib.

 

Buna baxmayaraq, onun Çempionlar Liqasının bu həftə keçiriləcək “Roma” ilə ev oyununda şans qazanıb-qazanmayacağı məlum deyil.

 

Daha öncə “Mançester Siti” ilə Premyer Liqa matçında zədələnən futbolçunun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. “Çelsi” - “Roma” oyunu oktyabrın 18-də, saat 22:45-də başlayacaq.

Tarix: 17 Oktyabr 09:00    Oxunub: 68    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.