"Məncə, çempionatı ilk dördlükdə bitirməyimiz realdı”

İtaliya A seriyasının 8-ci turunda əzəli rəqibi “İnter”ə uduzan (2:3) “Milan”ın baş məşqçisi Vinçentso Montella oyundan sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Montella İtaliya mətbuatına açıqlamasında məğlubiyyətə rəğmən, komandasının oyunundan razı qaldığını deyib:

 

“İkinci hissədə möhtəşəm çıxış etdik. Baxmayaraq ki, 90-cı dəqiqədə yol verdiyimiz səhvdən qapımızda top gördük və oyunu xalsız başa vurduq. Bu gün “Milan”ın sərgilədiyi oyun və komanda ruhuna görə fəxr edirəm.

 

Təəssüf ki, biz bu gün xal qazana bilmədik, lakin komanda sərgilədiyi oyunla düzgün yolda olduğumuzu göstərdi. Hazırda turnir cədvəlinə baxdıqda, rəqiblərimizdən uzaq düşdüyümüz görünür.

 

Yeni oyunçularla bu qədər qısa zamanda böyük nəticələr qazanmaq çox çətindi. Lakin məncə, çempionatı ilk dördlükdə bitirməyimiz realdı”.

 

8 turdan sonra hesabında 12 xal olan “Milan” 10-cu pillədə qərarlaşıb. “Rossonyerlər” 4-cü sıradakı “Yuventus”dan 7 xal geri qalır.

Tarix: 17 Oktyabr 08:48    Oxunub: 69    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.