"Sən məni böyük klublardan birinə gətir, bax gör nə edirəm"

Daim qalmaqallı və iddialı açıqlamaları ilə gündəmə gələn türkiyəli məşqçi Yılmaz Vural yenə diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, Vural “TRT Spor”da qatıldığı proqramlardan birində iddialı klublarda çalışmaq istədiyini deyib:

 

“Sən məni böyük komandalardan birinə gətir, bax gör nə olur. Yolda görəndə, “hocam niyə gəlmirsən” deyə soruşurlar. Gücün varsa, gətir qardaşım Mən onsuz da gəlmək istəyirəm”.

 

O, verilişdə türkiyəli futbolçuların ünvanına sərt fikirlər bildirib. “Qalatasaray”ın Super Liqanın son turunda “Konyaspor”la matça 11 legionerlə çıxmasına eyham vuran mütəxəssis, türkiyəli futbolçuların qruplaşma yaradaraq məşqçiləri istefaya göndərməsini sərt tənqid edib:

 

“Burdan türkiyəli futbolçulara səslənirəm. Başınıza bəla aldız. 3-4 futbolçu bir araya gəlib, məşqçini göndərməyi yaxşı bilirdiz. Eyni şeyə “Qalatasaray”da cəhd edin görək necə edirsiz. İndi sizi adam yerinə qoymurlar. Nə oldu? Baxın, artıq dövr dəyişib.

 

Oyunçusansa, oyunçu yerində qal. İşini yaxşı gör. Deyirlər ki, “Yılmaz Vural Van Persiyə, Sneyderə baş məşqçi ola bilməz”. Kimdi axı bu oyunçular? Hərəsinə 5 milyon verirlər”.

 

Karyerası ərzində 17 fərqli klubda çalışmış Vuralın son iş yeri “Göztəpə” olub. İzmir klubunu 14 illik fasilədən sonra Super Liqaya çıxaran mütəxəssis, bundan sonra klubdan ayrılıb.

Tarix: 17 Oktyabr 08:36    Oxunub: 131    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.