"Bir gün hər şeyi danışacam, hazırda bəzi şeylər sirr olaraq qalmalıdı"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Barselona”nın “sükanı arxasına” keçməməsinin səbəbini uzun illər açıqlamayacaq.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Telefoot”a müsahibəsi zamanı 2008-ci ildə “Barsa”ya baş məşqçi təyin olunmamasının səbəbini uzun illər açıqlamayacağını deyib:

 

“Əlbəttə, bir gün bütün gerçəyi danışacam. Amma hazırda bəzi şeylər sirr olaraq qalmalıdı. Bir gün gələcək, çox-çox yaşlı olduğum zaman, nə baş verdiyini açıqlayacam”.

 

2008-ci ildə “Barselona”nı Mourinyonun çalışdıracağı barədə iddialar olsa da, sonda katalonların “sükanı arxasına” Xosep Qvardiola keçmişdi.

Tarix: 17 Oktyabr 08:12    Oxunub: 66    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.