“Kəpəz” “Neftçi” ilə oyun üçün Gəncəyə yollanmadı

Premyer Liqanın 9-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Kəpəz" bu oyunun hazırlığına start verib. Sportinfo.az xəbər verir ki, komanda bu gündən Bakıda məşqlərə başlayıb.

 

“Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşacaq. Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

 

Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü oktyabrın 21-i saat 15:00-da başlayacaq.

Tarix: 17 Oktyabr 20:12    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.