"Qarabağ"ın futbolçusunun 18 aylıq qızı niyə öldü? - FOTO

Bilindiyi  kimi, “Qarabağ”ın legioneri Donald Gerryeyə ağır itki üz verib. Haitili futbolçunun Miah adlı qızı vəfat edib.

 

Sportinfo.az xəbər verir ki, “Qarabağ”a transfer olunduqdan sonra ailəsini də Bakıya gətirən yarımmüdafiəçinin vəfat edən qızının səhhətində yaranan problem anadangəlmə olub.

 

Belə ki, yaxalandığı virus körpəyə cəmi 18 ay yaşamağa imkan verib. Nəticədə Donald Gerryenin qızı bu gün Bakıda dünyasını dəyişib.

 

Məlumata görə, futbolçu övladının cənazəsini xanımının vətəninə – Polşaya apararaq orada dəfn edəcək. Artıq bununla bağlı prosedurlar da başlanıb.

Tarix: 17 Oktyabr 19:48    Oxunub: 539    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.