Bakıya gəlməyən Totti dedi: "Ronaldo “Qızıl top”a layiqdı"

“Roma”nın sabiq kapitanı Françesko Totti 2017-ci ilin ən yaxşısı adına layiq gördüyü futbolçu və məşqçilərin adlarını açıqlayıb. 

 

Sportinfo.az xəbər verir ki, örə, o, Kriştianu Ronaldonun “Qızıl top”a layiq olduğunu bildirib: “Biz 3 futbol yadplanetlisi – Ronaldo, Messi və Neymardan danışırıq.

 

Mən həm meydanda, həm də kənarda hər bir həmkarıma hörmətlə yanaşıram. Amma deməliyəm ki, Ronaldo digərlərini qabaqlayır. Kriştianu əla mövsüm keçirib, həlledici qollara imza atıb.  

 

O ki qaldı məşqçiliyə, məncə, İtaliya məktəbi hələ də yüksək səviyyədədir. Bu il Konte və Alleqrinin uğurlu fəaliyyətinə baxmayaraq, favorit Zidandır. Səbəbi isə sadədir: Ronaldo kimi o da əsas kubokları qazanıb.

Tarix: 17 Oktyabr 18:24    Oxunub: 76    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.