Bakı Nəqliyyat Agentliyi "Qarabağ"la bağlı açıqlama yaydı

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejimində çalışacaq.

 

Sportinfo.az xəbər verir ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM), eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin fəaliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək.

 

BNA-nın yaydığı məlumatda deyilir: “Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək.

 

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq”.

 

BNA “Koroğlu” NMM-dən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.

Tarix: 17 Oktyabr 17:24    Oxunub: 118    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.