Ünlü "Marca" nəşri Qurban Qurbanovu Qvardiolaya oxşatdı

“Atletiko”nun Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələcəyi “Qarabağ” İspaniya mətbuatının gündəmindən düşmür.
 

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü 20:00-da başlayacaq. Sportinfo.az xəbər verir ki, “Marca” nəşri Ağdam klubunun tarixi barədə yazı dərc edib.
 
Məqalədə ən diqqətçəkən məqam “Qarabağ”ın “evsiz çempion” kimi təqdim edilməsidi. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə toxunan ispanlar “Qarabağ”ın bu səbəbdən 20 ildən çoxdu Bakıda məskunlaşdığını vurğulayıblar:
 
“İspaniyalı Ruben Sellesin məşqçi kimi çalışdığı komanda müharibə ucbatından şəhərsiz və stadionsuz qalıb. Həmçinin, bir milyondan çox insan qaçqın düşüb. Komandanın məşqçisi Allahverdi Bağırov Ağdam döyüşlərinə könüllü qatılıb və həlak olub. Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib. Hazırda “Azərsun Holding”in sponsoru olduğu kluba Tahir Gözəl başçılıq edir”.
 
Eyni mövzuda yazı hazırlayan “Mundo Deportivo” “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, yeni tarix yazdığını qeyd edib: “İspaniyalı futbolçular Miçel və Dani Kintana baş məşqçi Qurban Qurbanovun komandasının sütunlarındandı.
 
 
Qurbanovun sistemi Pep Qvardiolanın “Barselona”da tətbiq etdiyi sistemlə eynidi. Qvardiolanın bu sistemini bəyənən Qurbanov bu barədə daha geniş məlumat almaq üçün 2012-ci ildə “Barselona”nın düşərgəsində olub, Qvardiola ilə söhbət edib.
.
Buna görə də “Qarabağ” Qafqazın “Barselona”sı adlanır. Qurbanov 4-2-3-1 taktiki sxeminə üstünlük verir. İspaniyalılarla yanaşı, yeni ulduzu parlayan və sol cinahda çıxış edən gənc Mahir Mədətov, həmçinin hücumçu Dino Ndlovu ən təhlükəli futbolçularıdı” (apasport).
 
 
Tarix: 17 Oktyabr 16:36    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.