Millimizə qalib gələn Şimali İrlandiyanın DÇ yolu İsveçrədən keçir

2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.

 

Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq. Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

 

Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya


İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək.


İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:
Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa, Portuqaliya
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay
Şimali Amerika: Kosta Rika, Meksika, Panama
Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya
Afrika: Nigeriya, Misir

Tarix: 17 Oktyabr 16:24    Oxunub: 105    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.