Azərbaycan bu çempionatda 1 qızıl və 1 gümüş medal qazandı

Azərbaycan güləşçiləri Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.

 

Sportinfo.az xəbər verir ki, sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) finaladək ardıcıl olaraq, Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

 

Həlledici görüşdə İran idmançısına da qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub. Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb.

 

O, həlledici görüşdə Polşa idmançısına məğlub olaraq gümüş medala yiyələnib. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Tarix: 17 Oktyabr 16:12    Oxunub: 56    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.