"Atletiko"nu "Qarabağ" təyyarəsində gətirməsinin səbəbi

Azərbaycan Hava Yolları (AZAL) QSC "Atletiko"ya Bakıya səfər üçün üzərində "Qarabağ" sözü yazılmış təyyarə ayırmalarının səbəbini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski cavablandırıb.

 

P.Kəsəmənski bildirib ki, çarter reysi barədə razılıq əldə olunduqdan sonra AZAL Madridə məhz “Qarabağ” adlı hava gəmisini göndərməyı qərara alıb. Səbəb isə həmin hava gəmisinin sifarişçinin bütün tələblərinə cavab verməsi olub.

 

"Atletiko" Bakıya "Qarabağ"la Çempionlar Liqasının III tur matçında qarşılaşmaq üçün gəlib. Ötən gün Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

 

"Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir.

 

Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu sabah saat 20:00-da başlayacaq.  

Tarix: 17 Oktyabr 15:36    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.