Adı “Beşiktaş”la oyunun iştirak ərizəsinə daxil edilməyəcək

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Beşiktaş”ı qəbul edəcək “Monako” itkiylə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, “knyazlıq klubu”nun hücumçusu Stevan Yovetiç zədə səbəbindən İstanbul təmsilçisi ilə matçda komandasına kömək edə bilməyəcək.

 

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Monteneqrolu hücumçu fərdi məşq edir. Onun adı “Beşiktaş”la oyunun iştirak ərizəsinə daxil edilməyəcək.

 

Yovetiç cari mövsümdə şans qazandığı 4 oyuna 1 qol vurub. O, “Monako”nun heyətində ÇL-də hələ ki, meydana çıxa bilməyib.

Tarix: 17 Oktyabr 14:24    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.