Qurban Qurbanov: "Özümüzü aldatmayaq, qərar verməmişəm"

"Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. Hamımız yaxşı tanıyırıq. "Atletiko" son 4 ildə 2 dəfə ÇL-də final oynayıb. İspaniya çempionu olub. Son illər daha yaxşı çıxış edirlər. Özlərinə uyğun oyun tərzləri var. Rəqiblərə çətinlik yaradırlar. "Atletiko"nu analiz etmişik".

 

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi "Atletiko” ilə oyunu şərh edərkən deyib. 45 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:


"Atletiko"da hansı zəif yerləri tapa bilmisiniz?
- Rəqibin çox güclü baş məşqçisi var. Ustalıq səviyyəsi yüksək olan oyunçulara malikdirlər. Onların səhv etməsi az olur. Oyun intizamı həddindən artıq yüksəkdir. Əsas oyun üslubları odur ki, rəqibə öz futbolunu oyamağa imkan vermirlər. Rəqib müdafiədə çox güclüdür. Bu baxımdan bir nömrədirlər. Biz çalışacağıq ki, öz oyunumuzu sərgiləyək. Buna nə dərəcədə nail olacağımızı görəcəyik. Əsas odur ki, top bizdə olsun. Yoxsa çətin olacaq.
 

Azərbaycan Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə çıxış edir. "Qarabağ"ın hədəfi hara qədərdir?
- Hədəfimiz yaxşı mübarizə aparmaqdır. Bu komandaya qarşı ilk növbədə, mübarizə aparmalıyıq. Öz azarkeşlərimiz qarşısında oynayırıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə, müqayisə aparsaq, rəqib bizdən üstündür. Lakin biz də hər matça yaxşı nəticə əldə etmək inamı ilə çıxırıq.
 
 

"İnter"lə görüşdə 2 qol vuran Dino Nlovu meydandan zədəli çıxdı. Onun durumu necədi?
- Qısa deyəcəyəm, dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox.
 

Bakı Olimpiya Stadionuna öyrəşmək nə dərəcədə fərqlidi?
- Artıq bu barədə düşünmürük. İstəmərəm ki, hər dəfə bu söhbətə qayıdam. Tofiq Bəhramov adına Respublika stadionunda çıxış etmək bizə rahatdır. Bakı Olimpiya Stadionunda isə "Roma" ilə görüşümüzə 58 min azarkeş gəldi. Yenə dolmasını istəyirik. Buranı öz doğma stadionumuz kimi hiss edirik.
 

Almaniya ilə görüşdəki çıxışını nəzərə alsaq, Dino Ndlovunun yoxluğunda Ramil Şeydayevi meydana buraxmağınız mümkündür, yoxsa Mahir Mədətov oynayacaq?
- Açığı, qərar verməmişəm. Sabahadək vaxtımız var. Oyun günü qərar verəcəyəm.
 

"Atletiko"nun La Liqanın ötən turunda "Barselona" ilə heç-heçə oynaması sizin üçün gərginlik yaratmır?
- Dünya futbolunda 7-8 komanda var ki, onlar arasındakı görüşlər hamı üçün maraqlı olur, hamının diqqətini cəlb edir. Bu kollektivlərə qarşı oynamaq mənim üçün zövqdür. Çəkinmədən belə rəqiblərə qarşı hazırlaşırıq.
 
"Atletiko" və "Barselona"nın fərqli cəhətləri hansılardı?
- Futbolda fərqli oyun üslubuna malik 15-20 məşqçi və klub var. Hərəsi bir cür uğur qazanır. Heç kim istəmir ki, "Atletiko"ya qarşı oynasın. Çünki fərqli tərzləri var, rəqiblərə çətinlik yaradırlar.
 

"Roma" ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansı çağırışı edə bilərsiniz?
- Asan heç nə yoxdur. Çətinlik olan yerdə uğur da olur. Bura gəlmək üçün nələrdən keçmişik. Birdən-birə 60 min adama nəzarət etmək da asan deyil. Bu, bir ilk idi. Burada ilk oyunumuz oldu. Mən həmişə çətinlikdən həzz almışam. Bunu göz önününə almamalıyıq. Klub olaraq heç bir azarkeşdən narazı deyiləm. Futboldakı durumu nəzərə almalıyıq. Biz təkcə stadiona gələn azarkeş üçün oynamırıq. Dünyanın hər yerində bütün azərbaycanlılar bu oyunu izləyir. Azarkeş kimi gəlsəm, çətinliklə üzləşsəm, bundan zövq alaram. Hamını oyuna dəvət edirəm.
 

Bu gün "Qarabağ"ın heyətində "Roma" və "Atletiko"da çıxış edəcək səviyyədə futbolçu varmı?
- Özümüzü aldatamayq. Hazırda belə oyunçumuz yoxdur. Bu klublar daha səviyyəli çempionatlardan oyunçu axtarırlar. Azərbaycan çempionatı elə səviyyədə deyil ki, "Roma" və ya "Atletiko" burada oyunçu axtarsın. İllər boyu oyunçunu izləyirlər. Biz davamlı "Atletiko" səviyyəsində komadalara qarşı oynasaq, futbolçularımızın da səviyyəsi artacaq. Bizdə futbol mentaliteti hələ o səviyyəyə çatmayıb ki, hamısı xaricə getmək istəsin. Xaricə çıxış olmalıdır, onlar özlərini göstərməlidirlər. Burada təkcə futbolçuları qınamıram. Başqa məsələlər də var.

Tarix: 17 Oktyabr 14:12    Oxunub: 245    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.