"Dino məşqi yarımçıq qoydu, hələ bilinmir oyanayacaq, ya yox"

"Qarabağ" "Atletiko" ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçına ciddi itki ilə çıxa bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 


45 yaşlı mütəxəssis bildirib ki, Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının VIII tur qarşılaşmasında zədələnərək, meydanı tərk etmiş Dino Ndlovu ötən gün məşqi də yarımçıq qoyub.

 

Qurbanov cənubi afrikalı hücumçunun ağrılarının olduğunu söyləyib: "Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox".

 

Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

Tarix: 17 Oktyabr 14:00    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.