“Yuventus” və “Milan”ın sabiq baş məşqçis yığmanı çalışdıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu posta italiyalı Alberto Zakkeroni təyin olunub.


64 yaşlı italiyalı mütəxəssis BƏƏ millisi ilə mundiala vəsiqə qazana bilməyən argentinalı Edqardo Bausanı əvəzləyib. Zakkeroni ilə müqavilənin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.

 

Zakkeroninin son iş yeri Çinin “Beytszin Qoan” komandası olub. O, daha əvvəl vətənində “Yuventus”, “Milan”, “Latsio” və “İnter” kimi kollektivlərin baş məşqçisi vəzifəsində çalışıb. Təcrübəli mütəxəssis 1998/1999 mövsümündə “Milan”la İtaliya çempionu olub.

Tarix: 17 Oktyabr 13:48    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.