İsveç çempionatında çempion bəlli olub. Sportinfo.az xəbər verir ki, 27-ci turda səfərdə “Norrçepinq”i 3:1 hesabıyla məğlub edən “Malmö” çempionatın bitiminə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Belə ki, bu qələbəylə xallarının sayını 60-a çatdıran klub ən yaxın izləyicisi AİK-i 10 xal qabaqlayaraq, qızıl medallara sahib olub. Bu, “Malmö”nun sayca 20-ci çempionluğudu.