Liqa 1 klubu “başsız” qaldı

Fransa Liqa 1 təmsilçisi “Renn”in baş məşqçisi Kristian Qurkyuff tutduğu postdan istefa verib. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

 

Xəbərdə 62 yaşlı mütəxəssisin çempionatın 9-cu turu çərçivəsində baş tutmuş “Genqam”la səfər oyunundakı məğlubiyyətin (0:2) ardından bu addımı atdığı qeyd edilib.

 

Qurkyuff ötən ildən “Renn”i çalışdırırdı. Komanda Liqa 1-in cari mövsümündə onun rəhbərliyi altında keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb, 15-ci pillədə qərarlaşıb. Onu “Renn”in baş məşqçi postunda “Sent-Etyen”in sabiq məşqçisi Kristof Qaltyenin əvəz edəcəyi deyilir.

Tarix: 17 Oktyabr 12:48    Oxunub: 85    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.