Azərbaycandan gedən "Dağlı" dünya çempionatında Ukraynanı təmsil edəcək

Azərbaycanlı idmançı Fəxrəddin İsgəndərov oktyabrın 24-29-da İtaliyanın Marina di Karrara şəhərində keçiriləcək kikboksinq üzrə dünya çempionatında Ukrayna milli komandasını təmsil edəcək.

 

Sportinfo.az xəbər verir ki,  Fəxrəddin İsgəndərov, təxminən, beş il əvvəl Ukraynaya köçüb. İndi onun 29 yaşı var, 60 kq çəki dərəcəsində çıxış edəcək.


F.İsgəndərov, təxminən, səkkiz ildir kikboksinqlə məşğul olur. O, karyerasına Bakıda başlayıb, məşqçisi Ehram Məcidov olub. Kiyevdə isə o, Artyom Kritskinin rəhbərliyi altında "Leqat" döyüş sənəti klubunda məşq edir.


"Azarkeşlər məni "Dağlı" ləqəbi ilə tanıyır. Azərbaycanı təmsil edərkən dünya və Avropa çempionu olmuşam.

 

İdman fəaliyyətimə dəstək verdiklərinə görə Ukraynadakı Azərbaycan diasporuna da təşəkkür etmək istəyirəm.

 

Dünya çempionatından sonra öz idman klubumu açmaq, başqa kikboksçuları məşq etdirmək istəyirəm", - deyə F.İsgəndərov "report"a bildirib.

Tarix: 17 Oktyabr 12:36    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.