Araz Abdullayev Kipr klubunun səhifəsini bəzədi - FOTO

"Anortosis" rəsmi "feysbuk" səhifəsinin örtük şəklini Araz Abdullayevin də yer aldığı şəkillə bəzəyib.

 

Sportinfo.az xəbər verir ki, Kipr klubu "Qəbələ"yə yaxşı tanış olan "Apollon"la oynadığı son matçda 0:1 hesabda geri olmasına və 1 oyunçu azlıqda qalmasına baxmayaraq, 71-ci dəqiqədə hesabı bərabərləşdirib.

 

Zədəli olduğu üçün millimizin Çexiya və Almaniya ilə görüşlərini buraxmış Araz Abdullayev bu matçda 90 dəqiqə forma geyinib.

 

Xorvatiya millisinin sabiq mərkəz müdafiəçisi Qordon Şildenfeldin hesabı bərabərləşdirən qoluna sevinənlər arasında Araz da olub. Məhz Kipr klubu həmin şəkli bu gün rəsmi "feysbuk" səhifəsinin örtük şəkli etməyi qərara alıb.

Tarix: 17 Oktyabr 11:48    Oxunub: 582    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.