"Trabzonspor" Prosineçki ilə neçə illik müqavilə bağlayır?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqa təmsilçisi “Trabzonspor”la böyük ölçüdə razılığa gəlib.
 
Sportinfo.az xəbər verir ki, bu iddia “Fanatik” nəşrində yer alıb. Xəbərdə Qaradəniz klubunun rəsmilərinin xorvat çalışdırıcı ilə görüşdüyü və böyük ölçüdə razılığa gəldikləri qeyd edilib.

 

48 yaşlı çalışdırıcı ilə bu həftənin sonuna kimi rəsmi müqavilənin imzalanacağı vurğulanıb. Prosineçki daha öncə də Türkiyədə çalışıb.

 

O, 2012/13 mövsümündə “Kayserispor”un sükanı arxasında olub. Robert Prosineçkinin millimizlə müqavilə müddəti bu ilin dekabrında bitəcək.

Tarix: 17 Oktyabr 11:36    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.