"Baş məşqçiyə qulaq asmalı, "Qarabağ”a çox qol vurmalıyıq"

“Oyunun asan olmayacağını bilirik. Biz öz oyunumuzu ortaya qoyub, çoxlu qol vurmalıyıq”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la üz-üzə gələcək “Atletiko”nun futbolçusu Tomas Partey deyib. 

 

"Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. O, əvvəlcə Azərbaycana adaptasiya olmaqdan danışıb.

 

Yarımmüdafiəçi bildirib ki, çətin proses olsa da, uyğunlaşıb yaxşı oyun göstərməlidilər: “Hər şeyi düzgün etməliyik.
 
Xırda detallara belə diqqət yetirmək lazımdı. Biz baş məşqçiyə qulaq asmalıyıq. Onun tapşırıqları əsasında gözəl oyun ortaya qoymalıyıq”.
Tarix: 17 Oktyabr 10:48    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.