Azərbaycanın heç bir yığması Millətlər Liqasında yer almayacaq

Beynəlxalq Voleybol Federasiyası (FIVB) Millətlər Liqası təsis edib. Sportinfo.az xəbər verir ki, yeni turnir kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək. 


2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək.

 

Turnirin qalibi “Altılar finalı”nda müəyyənləşəcək. Millətlər Liqasınının təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır.

 

Yeni formatın voleybolu daha sadə və cəlbedici edəcəyi proqnozlaşdırılır. 2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.

 

Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.


Bu isə o deməkdi ki, Azərbaycanın heç bir yığması turnirdə yer almayacaq. Faiq Qarayevin baş məşqçi olduğu qadınlardan ibarət komanda son Avropa çempionatında 4-cü yeri tutub.

 

İlk 3 yerə Serbiya, Hollandiya və Türkiyə yiyələnsə də, Rusiya, İtaliya, Almaniya, Polşa və Belçika mübarizəni erkən mərhələlərdə dayandırıb.

Tarix: 17 Oktyabr 00:53    Oxunub: 348    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.