Mərziyyə AÇ-də 6-cı oldu

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında təşkil olunan ağır atletika üzrə Avropa çempionatına start verilib.

 

Sportinfo.az xəbər verir ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

 

Bu gün daha bir atletimiz – Mərziyyə Məhərrəmova yaşı 23-ə qədər olan gənc qadınların 48 kq çəki dərəcəsindəki medal mübarizəsinə qoşulub. O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edərək 6-cı olub.

 

Mərziyyə təkanla qaldırma hərəkətində 85 kq-ı ram edərək bu hərəkətdə 5-ci pillədə qərarlaşıb. Məhərrəmova toplam 151 kq (66+85) nəticə ilə Avropa çempionatında 6-cı yeri tutub.

Tarix: 16 Oktyabr 21:00    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.