"Qarabağ" - "Atletiko": Mətbuat konfransları və məşqlərin vaxtı

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportinfo.az “Qarabağ”ın saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 17-də saat 13:30-da Bakı Olimpiya stadionunda media mənsublarının önünə çıxacaq.

 

“Qarabağ”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə saat 17:15-da Bakı Olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

Tarix: 16 Oktyabr 17:36    Oxunub: 115    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.