Alman namizədlərdən biridi

Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Tomas Tuxel karyerasını Çində davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, alman mütəxəssisin “Quançjou Everqrand”ın sükanı arxasına keçəcəyi söylənilir.

 

Bu barədə Almaniyanın “Kikker” nəşri yazıb. Hazırda “Quançjou Everqrand”ı braziliyalı Luis Felipe Skolari çalışdırır. Onun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

 

Bu üzdən Çin klubunun rəhbərliyi baş məşqçi axtarışlarına başlayıb. Tuxel də namizədlərdən biridi. Bir müddət əvvəl Tomas Tuxelin adı “Bavariya”yla yanaşı hallandırılırdı.

 

Münhen klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge növbəti mövsümdən komandanı Tuxelin çalışdaracağını istisna etməyib. Ancaq hazırda Almaniya nəhənginin “sükan”ı Yupp Haynkesə tapşırılıb.

Tarix: 16 Oktyabr 17:00    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.